İran İslamabadda keçirilmiş danışıqlardan sonra İsrailin sui-qəsd planlaşdıra biləcəyini bildirdikdən sonra Pakistan onları qorumaq üçün genişmiqyaslı əməliyyat həyata keçirib.

Reuters“ bu barədə üç mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Pakistan Hərbi Hava Qüvvələrinin qırıcıları ötən həftəsonu ABŞ-la nəticəsiz başa çatan sülh danışıqlarından sonra İran nümayəndə heyətini ölkələrinə qədər müşayiət edib.

Pakistanlı mənbələrin sözlərinə görə, müşayiət üçün təxminən 20 qırıcı təyyarə, eləcə də hava müşahidəsi üçün erkən xəbərdarlıq və idarəetmə sistemi təyyarəsi (AWACS) cəlb olunub və bu addım İslamabaddan qayıdan İran nümayəndə heyətinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyıb.

.