İran ABŞ-ın iki gecə ardıcıl olaraq ölkəyə hücum etməməsindən sonra cavab zərbələrini dayandırdığını açıqlayıb.
İran ordusunun rəsmi nümayəndəsi Məhəmməd Əkrəminiyanın bazar günü verdiyi məlumata görə, ABŞ-ın hücumları iki gecədir dayandırılıb və buna uyğun olaraq İran da cavab zərbələrini dayandırıb.
"Bu hücumlar srağagün axşama qədər davam edirdi. Lakin son iki gecə ərzində amerikalılar hücumları dayandırıblar", – deyə Məhəmməd Əkrəminiya bildirib.
.
