Tehran Pakistandakı vasitəçilərə ABŞ nümayəndələri ilə dialoqu kəsmədiyini, sadəcə danışıqlar prosesini müvəqqəti dayandırdığını bildirib.
Bu barədə "Al-Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.
"İran Pakistan hakimiyyətinə danışıqlardan çıxmadığını, ancaq onları müvəqqəti dayandırdığını bildirib", - məlumatda qeyd olunub.
Tehran həmçinin İslamabadı məlumatlandırıb ki, İranın qənaətinə görə, danışıqlar ABŞ ilə əvvəllər imzalanmış anlaşma memorandumuna uyğun olaraq davam etdirilməlidir.
Həmçinin qeyd olunub ki, İran danışıqların, ilk növbədə, Hormuz boğazı problemləri, daha sonra dondurulmuş İran aktivlərinin blokdan çıxarılması, yalnız bundan sonra İslam Respublikasının nüvə proqramı üzrə bərpa edilməsində təkid edir.
.
