“Gürcüstan və Azərbaycan, eləcə də digər tərəfdaşlar Şərqlə Qərb arasında körpü rolunu oynayan Orta Dəhlizin təkmilləşdirilməsi üzərində işləyirlər”.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib.

"Azərbaycan Gürcüstanın çox mühüm iqtisadi tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsi 16% artıb", - İ.Qaribaşvili bildirib.

Onun sözlərinə görə, Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi region üçün çox vacibdir: "Gürcüstan yolların tikintisi və hava nəqliyyatının inkişafı layihələrinə sərmayə qoymaq üçün addımlar atıb".

Baş nazir, həmçinin qeyd edib ki, Gürcüstan Azərbaycan və Mərkəzi Asiya regionu ilə tərəfdaşlığın möhkəmləndirilməsində maraqlıdır.

.