Rusiyalı jurnalist və hərbi ekspert, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko Ermənistanın paytaxtında keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasına münasibət bildirib.

Bu barədə o “Telegram” kanalında paylaşım edib.

“Ermənistan həmişə olduğu kimi öz rolundadır. Azərbaycandan ağır atletlərinin də iştirak etdiyi Dünya çempionatının rəsmi açılış mərasimində Aram Nikolyan çirkin və alçaq fənd edib”, - deyə o bildirib.

İqor Korotçenko bildirib ki, İrəvanda baş verənlər milli nifrət və düşmənçiliyi qızışdırır.

.