“İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi tərəfindən internetin sürətinə minimum hədd qoyulması ilə bağlı təkliflər hazırlanıb və aidiyyəti üzrə təqdim edib”.
Bunu Agentliyin İdarə Heyətinin sədri Nail Mərdanov bildirib.
O qeyd edib ki, bundan sonra sərt tənzimlənməyə keçiləcək: “Bu gün biz sərt tənzimləmə üsuluna keçmək istəyirik. Təkliflərimiz normativ sənəd olaraq təsdiqləndikdən sonra bütün provayderlər məcbur olacaqlar ki, minimum həddən aşağı sürət təmin etməsinlər. Eyni zamanda xidmətin keyfiyyəti ilə bağlı tələblərin sərtləşdirilməsi haqqında düşünürük”.
Tədbirdə həmçinin sabit genişzolaqlı internetin xidmət tachizatçıları üzrə göstəricilər açıqlanıb.
Sürət kateqoriyaları üzrə təsnifatda 90+ Mbps, 50-89 Mbps və aşağı - 1-49 Mbps sürət verən təchizatçıların adları məlum olub.
Həmin siyahını təqdim edirik:

