AMEA Rəyasət Heyəti aşağıdakı elmi tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçki elan edib.

AMEA-dan verilən məlumata görə, Biologiya və Tibb Elmləri Bölməsi üzrə Botanika İnstitutu və Dendrologiya İnstitutlarına direktor vəzifəsinə vakansiya elan edilib.
AMEA-nın elmi müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və ya elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.
Namizədlərin irəli sürülməsinə dair sənədləri (2 nüsxədə) elan dərc edildiyi gündən 1 (bir) ay müddətində AMEA-nın Biologiya və Tibb Elmləri Böl­məsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir.

.