Rusiya və Bolqarıstan astronomları tərəfindən Mars orbitində radiasiya səviyyəsinin ölçülməsi, Günəşdə yüksək aktivlik olduqda belə, ilk kosmonavtların Marsın səthində 500 gündən çox qalmasının mümkünlüyünü göstərir.

Bu barədə bazar ertəsi Bolqarıstan Elmlər Akademiyasının Kosmik Tədqiqatlar və Texnologiyalar İnstitutunun professoru Yordanka Semkova bildirib.

“Biz Mars orbitində keçən ilin oktyabrında və bu ilin fevralında baş vermiş iki güclü Günəş partlayışını qeydə aldıq. Onlar kosmosda radiasiyanın fon səviyyəsini əhəmiyyətli dərəcədə artırdı, lakin eyni zamanda planetin səthindəki vəziyyətə az təsir etdi. Bizim hesablamalarımıza görə, gələcək kosmonavtlar və ya astronavtlar Marsın səthində hətta orbitdəki belə mühitdə də təxminən beş yüz gün işləyə biləcəklər”, - deyə professor Semkova bəyan edib.

Qeyd edək ki, Rusiyanın “ExoMars” zondunun göyərtəsində bolqar alimləri tərəfindən hazırlanmış yüksək həssas dozimetr olan “Lyulin” cihazı var. O, “ExoMars”ın göyərtəsindəki neytron detektoru ilə birgə alimlərə Marsa gələcək ilk səyahətçilərin nə qədər radiasiya udacağını təxmin etməyə imkan verib.

.