İngiltərə Premyer Liqasının qalibi sona 3 tur qalmış müəyyənləşib.

Antonio Kontenin baş məşqçi olduğu "Çelsi" 37-ci turda səfərdə "Vest Bromviç"i məğlubiyyətə uğradıb - 1:0. Yeganə qolu Mişi Batşuayi 82-ci dəqiqədə vurub. Bu qələbə sayəsində xallarını 87-yə çatdıran "Çelsi" ən yaxın izləyicisi "Tottenhem"i 10 xal üstələyib və İngiltərə çempionu olub.
Qeyd edək ki, bu, "zadəganlar"ın 6-cı çempionluğu olub.
.