Bu günə qədər icaze.e-gov.az portalında toy şənliklərinin keçirilməsi ilə bağlı 17 mindən çox tədbir qeydiyyata alınıb.

Bunu jurnalistlərə açıqlamasında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov bildirib.

Onun sözlərinə görə, bu rəqəm təxminən 15 avqusta qədər 45 günlük müddəti əhatə edir: "Bu günə qədər sistemlə bağlı hər hansı şikayət olmayıb. Sistem tam dayanıqlıdır".

F.Cəfərov deyib ki, 1 iyuldan etibarən icaze.e-gov.az portalı şənliklərin qeydiyyata alınması üçün istifadəyə verilib. Hər bir şadlıq evi sahibi şənlik mərasimi keçirilmədən 5 gün öncədən 50 nəfərdən 150 nəfərə qədər olan qonaq sayını qeydiyyatdan keçirməlidir, burada zal seçilməlidir. Eyni zamanda, orada çalışan əməkdaşlar qeydiyyatı aparılmalıdır, onların 80 faizi vaksin vurdurmuş olmalıdır.
 

.