Dünyanın ən varlı şəxslərindən olan amerikalı biznesmen İlon Mask arzusunu açıqlayıb.  O, şaquli uçuş və enmə qabiliyyətinə malik olan səsdən sürətli elektrikli təyyarə yaratmaq istədiyini bildirib.

“Tesla” və “SpaceX”in rəhbəri bu arzusu barədə özünün “Twitter” hesabında yazıb.

Ancaq Mask bu tərtibat üçün vaxt ayıra bilməməsindən gileylənib.

“Özümü daha artıq yükləsəm, beynim sadəcə partlayacaq”, - deyə o, əlavə edib.

.