İlhamə Quliyevanın mirası bölüşdürüldü - Orxana pay düşmədi

6,384 oxunub

Mərhum müğənni İlhamə Quliyevanın qalmaqallı mirası nə oğulluğu Orxan Nadirova, nə də dövlətə qalıb. Müğənninin varislərinin xalauşaqları və bibiuşaqları olması ilə bağlı qətnamə çıxarılıb. Bu barədə müğənninin oğulluğa götürdüyü O.Nadirovun hüququnu müdafiə edən vəkil mətbuata açıqlama verib.

O bildirib ki, Səbail Rayon Məhkəməsində şikayətləri təmin olunmayıb: "Övladlığa götürmə faktı var. Biz də şahid ifadələrinə və fotogörüntülərə uyğun olaraq Səbail Rayon Məhkəməsinə müraciət etdik. Amma şikayətimiz təmin olunmadı. İlhamə Quliyevanın qanun üzrə vərəsələrinə gəldikdəsə, bu kateqoriya beş növə bölünmüşdü: Xalauşaqları, bibiuşaqları ortaya çıxdı. Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən xalauşaqları və bibiuşaqlarının şikayəti təmin olundu və varis kimi tanındı. Miras da onlara qaldı”.

Məsələ ilə bağlı xalq artistinin oğulluğu hesab edilən O.Nadirovdan münasibət öyrənməyə çalışılsa da, o, Musavat.com-a açıqlamasında bildirib ki, qərarla bağlı münasibətini yalnız fevralın 25-dən sonra bildirəcək.

Mərhum sənətkarın vəkili olmuş Elmira Məmmədova məhkəmə qərarına öz rəyini bu cür ifadə etdi: "Tezliklə bu məsələ ilə bağlı Orxanla görüşüb söhbətləşəcəyik. Lakin həmişə qeyd etmişəm ki, Mülki Məcəllədə məcburi pay var, yəni qanunla Orxana da pay düşür”.

Xatırladaq ki, ötən il vəkil Elmira Məmmədova mətbuata açıqlama verərək mərhum müğənninin mirasını açıqlamışdı. Vəkilin dediyinə görə, sənətkarın 2 milyonluq dəyərində mirası var ki, bura da 4 ev, 50 sot torpaq, 2 avtomobil, qızıl-zinət əşyaları daxildir. Mərhum sənətkarın mirası ilə bağlı dəfələrlə onun yaxınları, o cümlədən, oğulluğu Orxan Nadirov və bacıları, müğənni Əli Mirəliyev arasında qalmaqal yaşanmışdı.

.
XƏBƏRLƏR 27-09-2026
26-09-2026
20:01 Tramp: Putin və Zelenski bəlkə də qışdan əvvəl razılaşma əldə edəcəklər
19:50 Lavrov Ukraynada müharibə başlayandan sonra ilk dəfə Almaniyanın xarici işlər naziri ilə görüşüb
19:38 Prezident İlham Əliyevin sosial media hesablarında Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı videoçarx paylaşılıb - VİDEO
19:15 Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər
19:06 Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq
19:03 Tramp Kuba ilə bağlı hərbi müdaxiləyə ehtiyac olmayacağını bildirib
18:25 Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
18:20 Ceyhun Bayramov: Biz real nəticələr verən, regional sabitliyi təmin edən çoxtərəfli sistemə sadiq qalırıq
18:15 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - YENİLƏNİB-1
18:06 İran Ali Milli Təhlükəsizlik Şurası: Hava məhdudiyyətlərinin aradan qaldırılması üzrə danışıqlar davam edir
18:03 CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
17:31 Tramp: İran nüvə silahına sahib ola bilməz
17:20 "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb
17:15 İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - YENİLƏNİB
17:06 Makron 2027-ci ildən sonra yenidən prezidentliyə namizədliyini istisna etməyib
Təqvim