
Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda VIII hesabat- seçki Baş Məclisi keçirilib.
MOK-un mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə İcrayyə Komitəsinin və Təftiş Komissiyasının hesabatı dinlənilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib.
Daha sonra İlham Əliyev, Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftaxetdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Könül Nurullayeva, Mariana Vasileva və Ramil Hacı MOK-un İcrayyə Komitəsinin üzvü seçiliblər.
İclasda MOK-un Təftiş Komissiyasına üzvlərinin də seçkisi baş tutub. Lyudmila Şubina, Hicran Şərifov, Balakişi Qasımov, Niyaməddin Paşayev və Yaşar Bəşirov Təftiş Komissiyasına üzv seçiliblər.
MOK-un yeni baş katibi və vitse-prezidentləri bəlli olub
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) onlayn formatda VIII hesabat-seçki Baş Məclisi keçirilib.
MOK-un mətbuat xidmətindən verilən məlumatına görə, hesabat-seçki Baş Məclisi öz işini başa çatdırdıqdan sonra MOK İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.
İclasda Azər Əliyev baş katib, Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftahətdinova vitse-prezident seçiliblər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb.
Qeyd edək ki, Azər Əliyev baş katib postunda Ağacan Abiyevi, gənclər və idman naziri Fərid Qayıbov vitse-prezident vəzifəsində mərhum sələfi Azad Rəhimovu, Zemfira Meftahətdinova isə Xəzər İsayevi əvəz edib.
.