“Bildiyiniz kimi, bu gün Azərbaycanda bayram günüdür, Müstəqillik Günüdür. Bizim ən əziz bayramımızdır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında deyib.

“Və bu bayramı iki qat bayram edən əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bizimlə bərabər olmasıdır”, - dövlət başçısı qeyd edib.

Prezident: “30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır”

104 il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirmişdir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında deyib.

“Yalnız 90-cı illərin əvvəlində Azərbaycan dövlət müstəqilliyi bərpa edildi. Və 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır. Öz həyatını özü qurur. Və müstəqillik yolu ilə inamla gedir”, - dövlət başçısı bildirib.

Azərbaycan Prezidenti: “Bu 30 il ərzində bizim yanımızda daim türk qardaşlarımız olub”

Bu 30 il ərzində bizim yanımızda daim türk qardaşlarımız olub.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında deyib.

“Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik. Bu gün də hiss edirik”, - Prezident İlham Əliyev vurğulayıb.

Prezident: “Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir”

“Və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Biz iki həftə bundan əvvəl Türkiyənin gözəl yerlərindən biri olan Rizədə əziz qardaşımla bərabər idik. İki həftədən sonra Bakıda yenə də bərabərik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında deyib.

“Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq. Və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir”, - dövlət başçısı qeyd edib.

Prezident: “Türkiyə-Azərbaycan qardaşlığı, birliyi bölgə üçün də, dünya üçün də çox önəmli faktordur”

Türkiyə-Azərbaycan qardaşlığı, birliyi bölgə üçün də, dünya üçün də çox önəmli faktordur. Təhlükəsizlik, sabitlik, istiqrar faktorudur.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında deyib.

“Və nə qədər ki, Türkiyə-Azərbaycan bir yerdə inamla addımlasa, o qədər də bölgəmizdə sülh və barış möhkəm olacaq. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördü. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, cənab Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı heç vaxt bunu unutmayacaq”, - Prezident İlham Əliyev vurğulayıb.

Dövlət başçısı: “Türkiyə və Azərbaycan tariximizin ən önəmli anlarında bir yerdə idi”

“Bizim tariximiz parlaqdır. Və tariximizin ən önəmli anlarında biz bir yerdə idik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında deyib.

“Xatırlayıram Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri omuz-omuza, çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə-Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi: biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq”, - dövlət başçısı vurğulayıb.

.