Qeyri-hökumət təşkilatlarının növləri müəyyənləşir.

Bu, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ictimai birliklər aşağıdakı növlərdən biri üzrə yaradıla bilər:

- peşə sahəsi üzrə ictimai birlik:

- sosial-humanitar sahə üzrə ictimai birlik;

- mədənəiyyət və incəsənət sahəsi üzrə ictimai birlik;

- təhsil və elm sahəsi üzrə ictimai birlik;

- ekologiya sahəsi üzrə ictimai birlik;

- hüquq sahəsi üzrə ictimai birlik;

- iqtisadi sahə üzrə ictimai birlik;

- qanunla müəyyən edilmiş digər növlər.

Fondlar aşağıdakı növlərdən biri üzrə yaradıla bilər;

- İctimai faydalı fond;

- xeyriyyə fondu;

- qanunla müəyyən edilmiş digər növlər.

Layihəyə əsasən, ictimai birlik və fondlar yalnız bir növdə yaradıla bilər. Qeyrihökumət təşkilatları daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilərlər.

***

İctimai birlik və fond yalnız bir növ yaradıla biləcək.

Bu, Milli Məclisin 16,17 və 18 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilmiş “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihədə ictimai birliklərin və fondların hansı növlərə görə yaradıla bilməsi əks olunur.

.