Avropa ölkələri rəhbərləri bu gün Belçikada 1914-cü il, 4 avqust alman işğalının 100-cü ildönümünü qeyd edirlər.
Belçikanın kralı Filip mərasimdə çıxış nitqi söyləyəcək. Fransa prezidenti Fransua Olland və Almaniya prezidenti Yoahim Gauk da mərasimdədir.
Avstriyanın baş naziri Toni Abbort deyib ki, bu, dəhşətli müharibə olub: "Bir tərəfdən faciədir, digər tərəfdən isə yaxşı səbəbdir. Ən azı bizim üçün I dünya müharibəsi istila olmayıb, bu, azadlıq müharibəsi olub. Bizim müttəfiqliyimizin, dəyərlərimizin davası olub. O zaman ölənlər öz yoldaşlarıyla birgə düz yolda olduqlarına inanırdılar".
Böyük Britaniyada da I dünya müharibəsinin 100 illiyi qeyd olunur.
I dünya müharibəsi 1914-1918-ci ildə baş verib. Milyonlarla adamın öldüyü müharibə 1918-ci il, 11 noyabrda Almaniyanın təslim olması ilə sona çatıb.
.
