"Əl-Cəzirə" telekanalının verdiyi məlumata görə, Hindistan parlamentində yeni ştatın yaranması ilə bağlı müzakirələr geniş qarşıdurmalara səbəb olub. Andhra-Pradeş ştatından Telanqana rayonunun ayrılmasını istəməyən deputatlardan biri digərinə noutbouk atıb. Ardınca digər millət vəkili parlamentə gətirdiyi qaz balonunu deputatların üstünə buraxıb.
Nəticədə tərəflər bir-birinə ağır xəsarətlər yetiriblər. Artıq parlamentin qarşısına təcili tibbi yardım və yanğınsöndürən maşınları gətirilib. Ölkə polisi isə parlamentə daxil olaraq xəsarət alan deputatları binadan çıxarmağa başlayıb.
.