ABŞ-ın sabiq XİN rəhbəri və eks birinci xanımı Hillari Klintona Nevada ştatında ayaqqabı atıblar. Hadisə Las-Veqasda yerləşən "Mandalay Bay" otelində metal məhsullarının emalı üzrə keçirilən konfranszamanı baş verib.
Hillari Klinton minə yaxın insanın qarşısında çıxış edərkən yerli sakinlərdən biri ona ayaqqabısını atıb. Keçmiş dövlət katibi sayıqlıq göstərək ayaqqabıya tuş gəlməkdən özünü qoruyub.
Hadisədən sonra Klintona ayaqabısını adan qadın yerli polis tərəfindən saxlanılıb. Buna qədər Amerika Dövlət Departamentinin keçmiş rəhbəri Misirə səfər edərkən də hücuma məruz qalmışdı.


.