
Ermənistan öz dövlət büdcəsindən maliyyə, siyasi və hərbi cəhətdən Azərbaycan ərazisindəki qondarma rejimə dəstək göstərirdi.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.
“Bugünkü ilkin razılıq həmin hərbi qüvvələrin Azərbaycan ərazisindən tam uzaqlaşdırılması yolunda olduqca əhəmiyyətlidir”, - o qeyd edib.
Hikmət Hacıyev vurğulayıb ki, sülh sazişi Cənubi Qafqazı müsbət mənada dəyişəcək.
.