Şuşa Qlobal Media Forumu postmünaqişə dövründə azad edilmiş ərazilərdə həyatı işıqlandırmağa imkan verir.

Bunu Azərbaycan Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün III Şuşa Qlobal Media Forumu çərçivəsində “İnnovativ Yanaşmalar: Rəqəmsal Erada Media Savadlılığı” panelində deyib.

Hikmət Hacıyev qeyd edib ki, Şuşa unikal məkandır, bir çox şairlər, mədəniyyət xadimləri bu şəhərdə yaşayıb: “Azərbaycanın işğal altında olan şəhərləri uzun illər dezinformasiyanın mərkəzi olub. Xocalı soyqrımı baş verib. Foruma Dünyanın müxtəlif yerlərindən qonaqlar dəvət etmişik. III Şuşa Qlobal Media Forumu postmünaqişə dövründə azad edilmiş ərazilərdə həyatı işıqlandırmağa imkan verir”.

44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı

44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı.

Bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev III Şuşa Qlobal Media Forumunun ikinci günündə deyib.

O qeyd edib ki, azərbaycanlı jurnalistlər və Azərbaycan xalqı həm də bu yalan məlumatlarla mübarizə aparırdı:

“Azərbaycana qarşı dezinformasiya dalğaları olur. Bəşəriyyət olaraq bizim sosial medianı idarə edə bilməməyimiz böyük bir savaşdır. Tənzimləmə haqqında danışanda dərhal buna qarşı əksarqumentlər irəli sürülür. Ancaq hazırda süni zəkada tənzimləmələrlə bağlı beynəlxalq əməkdaşlıq və tərəfdaşlığa ehtiyac duyulur”.

.