"Digər ökələrdəki Azərbaycan vətəndaşlarının da ölkəyə gətirilməsi üçün çarter reyslərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu müraciətlərin sayından asılı olaraq prioritet müəyyənləşdiriləcək”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, biletləri olanlara, azyaşlılara, qocalara üstünlük verilərək vətəndaşlarımız ölkəyə gətiriləcək: "Həmin vətəndaşlar yenə də xüsusi karantin zonalarında yerləşdiriləcək, onlardan test nümunələri götürüləcək. May ayı ərzində da yükdaşımalar istisna ilə, hava əlaqədərinin bərpası nəzərdə tutulmur”.

"Karantin rejiminin aradan qaldırılması avtomatik xarakter daşıya bilməz, birdən birə əvvəlki həyat tərzimizə qayıda bilmərik”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, virusa qarşı vaksin hələ tapılmayıb: "Hər birimiz həyat tərzimizdə dəyişiklik etməliyik. Xüsusi peyvəndlər müəyyən olunandan və insanlara tətbiq ediləndən sonra biz pandemiyanın bu və ya digər formada başa çatdığını elan edə bilərik”.

"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi odur ki, karantin rejimindən çıxma tələskən xarakter daşımamalıdır”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, ÜST tərəfindən koronavirusun yoluxması 3 - xaricdən idxal, icma halında və daxili yoluxma kateqoriyasına ayrılıb.

"Azərbaycanda əvvəl xaricdən idxal, daha sonra icma və sonda daxili yoluxma baş verib. Ona görə də qonşu dövlətlərlə anlaşma və məsləhətləşmə ilə Azərbaycanın quru sərhədləri bağlanıb və beynəlxalq uçuşlar dayandırılıb. Xaricdən idxal olunma köklü şəkildə azalıb, bu da daxili yayılma hallarının təftiş olunma imkanlarını artırıb. Xaricdən gələnlər 14-21 və ya 21-28 gün xüsusi karantin rejimində qalıblar. Qonşu dövlətlərlə də sıx əməkdaşlıq edilir ki, xaricdən gələn hansısa şəxsin pozitiv nəticəsi varsa, onun həmin ölkədəki təmasda olduğu şəxslər və yerlər müəyyən olunsun. Azərbaycanda son günlər testi pozitiv çıxanların 20 faizi Rusiyadan gələn vətəndaşlardır”, - deyə H. Hacıyev qeyd edib.

"Rusiyada səfirlikdə yaradılan qaynar xəttə 550-yə yaxın vətəndaş müraciət edib. Həmin vətəndaşlar sistem vasitəsilə qeydiyyatdan keçməklə gələ bilərlər".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, onlar sistemdə qeydiyyatdan keçdikdə ardıcıllıqla gələcəklər, daha sonra bu ardıcıllıqla qeydiyyatdan keçməklə, digərləri də gələ biləcək: "Bu, Azərbaycan vətəndaşların onlayn və rahat şəkildə qeydiyyatdan keçməsi və rahat şəkildə ölkəyə qayıtması üçün olan sistemdir. Rusiyanın regionlarında yaşayan vətəndaşlarımızın ölkənin sərhədinə gəlməsinə ehtiyac yoxdur. Sistemin ardıcıllığı ilə onların ölkə ərazisinə daxil olması həyata keçiriləcək. Ancaq xaricdə müvəqqəti əsasla yaşayan vətəndaşlarımızın olduqları ölkədə qalması daha çox tövsiyə olunan haldır. Bu koronavirus xəstəliyinin yüksək yoluxması riski üçündür. Vətəndaşlarımızın olduqları yerlərdə qalmaları və karantin rejiminə əməl etmələri vacibdir”.

.