
“Kimlərsə düşünürsə ki, Azərbaycan ərazisindən Laçın yolundan silahların daşınması, minaların daşınması, qanunsuz daşınmaları həyata keçirəcəklər, bütün bunların erası başa çatmışdır”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.
“Bir faktı da qeyd edim ki, Ermənistan 30 il ərzində işğal və təcavüz faktının tərkib hissəsi olaraq, Azərbaycanın gömrük rejimini pozub, özü idxal etdiyi məhsullara gömrük rüsumları tətbiq edib, ondan böyük məbləğdə vəsaitlər qazanaraq Azərbaycan büdcəsinə ciddi şəkildə zərər vurub və bu məhsulların Azərbaycan ərazisinə idxalını təmin edib. Bunun özünün də ayrıca qiymətləndirilməsi aparılmalıdır. Bu, Ermənistan tərəfindən Azərbaycana ödənilməli olan ayrıca təzminat mövzusudur. Düşünürük ki, bu da ayrıca hüquqi müstəvilərdə olunacaq məsələdir”, - o əlavə edib.
Prezidentin köməkçisi: Ölkəmizin suveren ərazisində bütün yollar açıq olmalıdır
Azərbaycan Respublikası ərazisində hər hansı bir yolun bağlı olması konsepsiyası Azərbaycan üçün qəbul deyil.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.
“Ölkəmizin suveren ərazisində bütün yollar açıq olmalıdır, yolların da hərəkət fəaliyyəti müstəsna qanun çərçivəsində olan hallar istisna olmaqla. Qondarma rejimin nümayəndələri öz aləmlərində bu yolları bağlı saxlamaları və bunun əsnasında da özlərini, öz qanunsuz mövcudluqlarını təmin edəcək bir yanaşma kimi görmələri bizim üçün qəbuledilməzdir. Azərbaycanın yanaşması ondan ibarət idi ki, Ağdam-Xankəndi yolunun açılması, hansı ki bu yolun mövcudluğu ilə, bu yolun vacibliyi və funksionallığı da müvafiq beynəlxalq bəyanatlarda öz təsvirini tapıb”.
Prezidentin köməkçisi: Xankəndidəki qondarma rejim oradakı sadə insanları əsarət altında saxlayır
“Tırlar burdadır və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən və tam mandata malik olan bir təsisatdır”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Aypara və Qızıl Xaç Komitələri və Cəmiyyətləri Federasiyasının tərkib hissəsidir.
“Azərbaycan Qızıl Aypara Cəmiyyəti Azərbaycan Respublikası ərazisində mütləq mandata və fəaliyyətə və səlahiyyətə malik olan bir təşkilatdır. Buna görə də ölkəmiz ərazisində həyata keçirilən bu qəbildən olan tədbirlər mütləq şəkildə Qızıl Aypara Cəmiyyəti ilə koordinasiya olunmalıdır. Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu xoş niyyətin ilk və vacib təzahürünün addımı olaraq bu yükləri təqdim etmişdir. Yüklər qəbul edilənə qədər burda durmağa davam edəcəklər. Təkrar qeyd edim ki, yüklərin qəbul edilməməsi, bu, rasizm xarakterli bir addım kimi qiymətləndirilməlidir. Çünki ərzaq məhsullarının hər hansı bir milli mənsubiyyət nöqteyi-nəzərindən, bunun hər hansı ölkəyə aid edilməsi yanaşması özü qəbuledilməz yanaşmadır”, - o deyib.
Prezidentin köməkçisi bildirib ki, Əgər Xankəndidə yaşayan sakinlərin mühüm tələbatları varsa, bu tələbatların ödənilməsi üçün ərzaq yükləri təqdim edilib: “Bu yüklərin qəbul edilməməsinin məsuliyyəti tam şəkildə qondarma rejimin nümayəndələri və həmin qondarma rejimin dırnaqarası prezidentinin, yaxud digər rəhbər şəxslər kimi özünü təqdim edənlərin üzərinə düşür. Həmin adamlar orada yaşayan sadə insanları əsarət altında saxlayırlar. Bu insanlar da nəhayət bu reallığı dərk etməlidirlər ki, onların əsl düşməni qondarma rejimin rəhbərliyində və Ermənistan siyasətində olan bəzi şəxslərdir”.
.