Heydər Əliyev Mərkəzi Slovakiya bayrağının rəngləri ilə işıqlandırılıb.

Bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov sosial şəbəkə hesabında bildirib.

Səfir dünya memarlığının ən heyrətamiz şah əsərlərindən biri sayılan Heydər Əliyev Mərkəzinin Slovakiya bayrağının rəngləri ilə işıqlandırıldığını qeyd edib.

Diplomat bunu Slovakiyaya hörmətin təzahürü kimi qiymətləndirib.

.