Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Cəfərov Əli Vahab oğlunun xəstəlikdən ölüm faktı üzrə araşdırma aparılır.
Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.
Məlumata əsasən, əsgər Cəfərov Əli Vahab oğlunun xəstəlikdən müalicə olunduğu hospitalda dekabrın 15-də vəfat etməsi faktı əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılıb. Ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib.
Faktla bağlı hazırda araşdırma davam etdirilir.
.
