Vaşinqton hazırda Moskva və Pekinlə müharibə astanasındadır.

Bu barədə “The Wall Street Journal”a müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.

“Yaratdığımız bəzi məsələlər Rusiya və Çinlə müharibənin başlamasına səbəb ola bilər. Bunun necə və nə ilə nəticələnə biləcəyi barədə heç bir fikrimiz yoxdur”,- deyə Kissincer bildirib.

Onun sözlərinə görə, indi ediləcək tək şey müharibənin qarşısını almaq üçün mümkün variantlar axtarmaqdır.

99 yaşlı Kissincer Davosda keçirilən Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxış edib.

O, yaxın iki ayda, Avropa ilə Rusiya arasında münasibətlərin pisləşməsindən Ukraynada nizamlanmaya dair danışıqlara başlamağın vacibliyinə işarə edib.

.