Qəhvə spirtli və şəkərli içkilərlə birlikdə beynin zədələnməsinə səbəb ola bilər.

Bu barədə “Eat This, Not That!” nəşri amerikalı dietoloqlara istinadən yazıb.

Mütəxəssislər bildiriblər ki, qəhvənin normadan artıq istifadəsi orqanizm üçün ziyanlıdır. Belə ki, gündə altı fincandan çox qəhvə içmək beyinin koqnitiv geriləmə ilə xarakterizə olunan kiçilməsinə səbəb ola bilər. Həkimlər həmçinin çay və şokoladdan normadan artıq istifadə etməməyi də məsləhət görüblər.

Bundan əlavə, məqalədə deyilir ki, spirt kimi şəkərli içkilər də beyin hüceyrələrini öldürə bilər.

.