"Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti” statusu verilməsi üçün Tələblər” təsdiqlənib.

Nazirlər Kabineti tərəfindən təsdiq edilən tələblərdə "Tədqiqat universiteti” statusu veriləcək ali məktəblərlə bağlı tələblər də müəyyən edilib.

Tələbələrə əsasən, bu ali təhsil müəssisələrində fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması üçün müvafiq infrastruktur, elektron kitabxana, müasir maddi-texniki baza və elmtutumlu avadanlıqdan kollektiv (digər ali təhsil müəssisələri) istifadə mərkəzi olmalıdır.

Həmçinin, son bir təqvim ili ərzində beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) respublika üzrə nəşr olunan məqalə sayının azı 10 faizinin ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən nəşr edilməli, doktorantura səviyyəsində kadr hazırlığı aparılan hər ixtisas üzrə doktorluq dissertasiyalarına rəhbərlik edə bilən ən azı 5 professor və ya dosent olmalı, dissertasiya şuraları (ən azı 1 şura) fəaliyyət göstərməli, magistratura səviyyəsində ixtisaslaşmaların beynəlxalq akkreditasiyası olmalı, ali təhsil müəssisələri tərəfindən anti-plagiat sistemindən istifadə edilməli, yerli və beynəlxalq donorlardan son 5 il ərzində elm sahəsində ən azı 20 qrantın alınmalıdır.

.