Hamza Yusif rəsmi olaraq Şotlandiyanın birinci naziri seçilib.

Hamza Yusif dünən partiya daxilində liderlik yarışında rəqibləri Keyt Forbes və Əş Reqanı məğlub edib.

Bu gün isə Şotlandiya Parlamentində keçirilən səsvermə nəticəsində o, parlament üzvlərinin əksəriyyəti tərəfindən dəstəkləndikdən sonra rəsmi olaraq Şotlandiyanın yeni birinci naziri seçilib.

O bildirib ki, Şotlandiyanın üzləşdiyi böyük problemləri həll etməkdən heç vaxt çəkinməyəcək:

“Mən bütün parlament üzvlərinin fikirlərini diqqətlə dinləyən və hörmət edən bir hökumətə rəhbərlik edəcəyəm”, - yeni birinci nazir bildirib.

.