Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Antalyada Ukraynanın xarici işlər naziri Andriy Sibiha ilə görüşüb.

Görüş zamanı Ukrayna ilə Rusiya arasında atəşkəsə nail olmaq və davamlı sülhün bərqərar olması səyləri müzakirə edilib.

H.Fidan qeyd edib ki, Türkiyə sülhə nail olmaq üçün, vasitəçilik və danışıqlara ev sahibliyi də daxil olmaqla, hər cür dəstəyi verməyə hazırdır.

Görüş zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə planlaşdırılan səfərinə hazırlıq məsələləri də müzakirə olunub.

.