Türkiyə xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşüşü zamanı Qafqazdakı sülh prosesini müzakirə edib.

Bu barədə nazir Antalya Diplomatiya Forumunun qapanış mərasimində çıxışı zamanı bildirib.

O, həmçinin S.Lavrovla Qara dənizdəki vəziyyət, Suriyada baş verənlər və digər məsələlər ətrafında da fikir mübadiləsinin aparıldığını qeyd edib.

Türkiyə XİN rəhbəri: Ukraynada atəşkəsə nail olmağın zamanı gəlib

Ukraynada atəşkəsə nail olmağın zamanı gəlib.

Bunu Antalya Diplomatiya Forumunun qapanış mərasimində çıxışı zamanı Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.

O qeyd edib ki, bu işğalın qəbul edilməsi demək deyil, sadəcə atəşkəs və işğal faktorunu bir-birindən ayırmağın da zamanıdır. Nazirin sözlərinə görə, Ukraynadakı müharibə artıq davam edilə bilməyəcək səviyyəyə çatıb.

 Fidan: “Ramazandan əvvəl Qəzzada atəşkəsə nail olmaq üçün səylər göstərilir”

“Ramazandan əvvəl Qəzzada atəşkəsə nail olmaq üçün səylər göstərilir”.

Bunu Antalya Diplomatiya Forumunun qapanış mərasimində çıxışı zamanı Türkiyənin xarici işlər nazirləri Hakan Fidan bildirib.

O qeyd edib ki, Qəzzaya humanitar yardımların necə çatdırılmasına dair müzakirələr də Forum çərçivəsində baş tutub.

.