Türkiyə Xarici İşlər Naziri Hakan Fidan Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov və cənubi koreyalı həmkar Ço Hyunla telefon danışığı aparıb.

Bu barədə məlumat Türkiyə XİN-in sosial media hesabında paylaşılıb.

Bildirilib ki, telefon danışıqları zamanı regionda davam edən gərginliyin azaldılması üçün atıla biləcək addımlar barədə fikir mübadiləsi aparılıb.
 

.