Azərbaycan və Ermənistan arasında sülh, münasibətlər həm Gürcüstan, həm də bütövlükdə region üçün çox vacibdir.
Bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin keçmiş sədri Nino Burcanadze bildirib.
“Buna görə də Azərbaycan və Ermənistan arasında münasibətlərin artıq başqa səviyyəyə yüksəlməsini məmnuniyyətlə qarşılayıram. Arzu edirəm ki, bu münasibətlər sabit və sülh şəraitində inkişaf etsin. Bu, yalnız Azərbaycana və Ermənistana deyil, həm də Gürcüstana və ümumilikdə bütün regiona böyük fayda gətirə bilər”, - deyə Gürcüstan parlamentinin keçmiş sədri vurğulayıb.
.
