Göygöldə bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayon ərazisində yerləşən Fərid şadlıq sarayında qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü R. Ələkbərov iki bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.
Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə gənc oğlan sözügedən şadlıq sarayında keçirilən toy mərasimində bıçaqlanıb.
Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil. Əraziyə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
.
