
Bu gün Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın
anadan olmasının 100 ili tamam olur. Aradan illər ötsə də, Azərbaycan icitmaiyyəti Zərifə Əliyevanı görkəmli alim, öz peşəsinə sadiq həkim. fədakar ana və dəyərli ziyalı kimi hər zaman dərin ehtiramla xatırlayacaq XX əsrdə böyük inkişaf yolu keçmiş Azərbaycan tibb elminin və milli səhiyyəmizin əldə etdiyi uğurlarda Zərifə xanım Əliyevanın tarixi və əvəzolunmaz xidmətləri var. Onun oftalmologiyanın müxtəlif istiqamətləri üzrə apardığı tədqiqatlar və ortaya qoyduğu fundamental elmi nailiyyətlər respublikamızda tibb elminin parlaq bir salnaməsini təşkil edir. Elmi tədqiqatlarının nəticəsi olaraq yaratdığı mükəmməl müalicə metodu ilə respublikamızda traxoma infeksion xəstəliyinin kökünün birdəfəlik kəsilməsi Zərifə Əliyevanın tibb elminə gətirdiyi ilk yenilik idi. Ötən əsrin ortalarında respublikamızda geniş yayılmış, hətta tam korluğa səbəb olan traxoma xəstəliyinin qarşısının alınması məhz Zərifə Əliyevanın adı ilə bağlıdır.
Sonrakı dövrdə Zərifə Əliyeva göz xəstəlikləri ilə bağlı elmi araşdırmalarını uğurla davam etdirib, oftalmologiyanın digər aktual məsələlərinə böyük diqqət yetirib. Bunların arasında görmə orqanının iltihabının müalicəsi, eləcə də oftalmologiyanın araşdırılmamış istiqaməti olan görmə orqanının patologiyası kimi problemlərin araşdırılması Zərifə Əliyevanın elmi fəaliyyətində xüsusi yer tutur. Ötən əsrin 60-70-ci illərində ölkəmizdə sənaye müəssisələrinin fəaliyyətində görmə orqanına təsir edən məsələlər məhz Zərifə Əliyeva tərəfindən uğurlu şəkildə tədqiq olunaraq, tibbin oftalmologiya sahəsinə böyük uğurlar gətirib. Xüsusilə qeyd olunmalıdır ki, Zərifə Əliyeva öz elmi araşdırmalarını birbaşa sənaye müəssisələrində həyata keçirir və bu zaman zərərli peşə sahələrində işləyən neçə-neçə insanı həm də müayinə edirdi.
Zərifə Əliyevanın məhz bu istiqamətdə araşdırmaları nəinki Azərbaycanda, bütün keçmiş sovet məkanında oftalmologiyanın inkişafına böyük töhfələr verib. Təsadüfi deyil ki, bu araşdırmalarının nəticəsi kimi Moskva Elmi- Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etdiyi doktorluq dissertasiyası bütün alim-oftalmoloqların yüksək qiymətini almışdı. Prezident İlham Əliyevin "Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncamında bununla bağlı deyildiyi kimi: "Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsil ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddetli araşdırmalarının uğurlu nəticəsi olan sanbalıı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır".
Zərifə Əliyevanın Azərbaycanda oftalmologiyanın və bütövlükdə tibb elminin inkişafına verdiyi töhfələr nə qədər
misilsiz və əvəzolunmazdırsa, onun bir həkim kimi fəaliyyəti də bir o qədər nümunəvi olmaqla, ən yüksək mənəvi keyfiyyətlərə söykənir. Qələmə aldığı "Yüksək əqidə" adlı kitabında özünün də qeyd etdiyi kimi, xəstəlik fiziki cəhətdən nə qədər mürəkkəbdirsə, xəstənin ruhi aləmi də o qədər incə, nazik olur. Kömək etmək və onu qala kimi möhkəmlətmək üçün həkim ürəyinin atəşini və öz gücünü əsirgəməməlidir. Bu baxımdan Zərifə xanım Əliyevanın həkimlik fəaliyyətində xalqımıza, Azərbaycan qadınına məxsus ən gözəl mənəvi keyfiyyətlər daim özünü qabarıq şəkildə göstərib. Zərifə xanımla bağlı xatirələrlə tanış olduqda görürük ki, o, göz xəstəliyindən əziyyət çəkənlərə yalnız həkim kimi münasibət göstərməyib. Zərifə Əliyeva həm də onların dərdinə şərik olub, ümidsizliyə qapılmağa qoymayıb, pasiyentlərə bu cür yanaşmağı özünün peşə borcu və mənəvi vəzifəsi hesab edib. Ona müraciət etmiş insanlara nur bəxş edəndə isə özünü xoşbəxt insan sanıb. Zərifə xanım həyat yolunda mərhəməti özünün mayakı sanıb, insanların gözünə, könlünə nur çiləyərək neçə-neçə zülmət dünyalara ziya bəxş edib. Öz kitabında bu məsələlərə toxunan Zərifə xanım Əliyeva yazır: "Vicdan bizim əsas hakimimizdir.
Çətin dəqiqələrdə də, xoşbəxt saatlarda da onunla baş-başa qalanda o, soruşur: Ağ xalat geyinməyə haqqın varmı? Sənin əllərin xəstəlikdən əziyyət çəkənə yalnız biliyini deyil, həm də qəlbinin həyəcanını, ürəyinin yanğısını çatdıra bildimi? Düzünü desək, vicdanın şəxsi mühakiməsindən şərəflə keçmək böyük xoşbəxtlikdir.
Yaxşı həkim həmişə xəstə ilə birlikdə həyəcan keçirir, pasiyentin ağrısı elə həkimin şəxsi ağrısıdır. Əgər sağlamlığını itirən şəxs yenidən ona malik olursa, demək, həkim də yenidən həyata qayıdır, doğulur. Bizim sənətimizin mənəvi təməli də elə bundadır". Elə bu sözlər Zərifə Əliyevanın bir həkim, bir insan kimi nə qədər yüksək mənəvi dəyərlərə sahib olduğunu göstərir.
Bəli, Əziz Əliyev kimi görkəmli dövlət və elm xadiminin övladı, onun şəcərəsinin davamçısı elə bu cür də olmalı
idi. Həyatının hər bir anı müdriklik məktəbi olan görkəmli alim xeyirxahlığı, nəcibliyi, əməksevərliyi, insansevərliy elmə və həkimlik peşəsinə bağlılığı ilə Əziz Əliyevin yolunu layiqincə davam etdirirdi. Eyni zamanda özünün yüksək mənəvi keyfiyyətləri və insanpərvərliyi ilə, Azərbaycan tibb elminin və səhiyyəsinin inkişafına verdiyi misilsiz töhfələrlə, o cümlədən ictimai fəaliyyətilə Zərifə xanım Əliyeva həm də ömür.gün yoldaşı Heydər Əliyevi respublikamızın yüksəlişini təmin edən siyasi kursunu uğurla tamamlayırdı Görkəmli alim Zərifə Əliyeva həm də nəcib azərbaycanlı xanımı kimi yüksək ailə dəyərlərinin daşıyıcısı idi. Bu baxımdan Zərifə xanım həm nümunəvi həyat yoldaşı, həm də cəfakeş ana idi. Bu gün Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, bizi müharibədə qalib gəlmiş xalq kimi qürurlandıran, ərazi bütövlüyümüzü bərpa edə möhtərəm Prezident ilham Əliyevin malik olduğu yüksək mənəvi keyfiyyətlər də Heydər Əliyev və Zərifə Əliyeva dünyasından ilhamlanır. Xatirələrdən də oxuyuruq ki, həm elmi yaradıcılıq, həm də həkimlik fəaliyyəti ilə əlaqədar gərgin iş qrafikinin olmasına rəğmən Zərifə Əliyeva övladlarının təlim-tərbiyəsinə daim xüsusi diqqət yetirib. O,
malik olduğu gözəl xüsusiyyətləri, insanlara sevgi ilə yanaşmağı, vətəni ucaltmağı övladlarına da aşılayıb. Ulu Öndər Heydər Əliyev Zərifə xanımla bağlı deyib: "Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur.
Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi hayat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib".
Ümumnilli Liderimizin bu fikirləri həm də onun ailəsinin timsalında əsl azərbaycanlı ailəsinin dolğun obrazını yaradır.
Akademik Zərifə Əliyevanın adı xalqımızın yaddaşına, Azərbaycanın elm tarixinə əbadi həkk olunub. Çünki elm
dühası, həkim, ictimai xadim və bir ziyalı kimi onun həyat kredosu yalnız və yalnız vətəninə və xalqına xidmət etmək olub. Bu missiyasında Zərifə Əliyeva öz elmi yaradıcılığı. həkimlik fəaliyyəti ilə qarşısına qoyduğu məqsədlərə inamla, qətiyyətlə çatıb. Ona görə Zərifə Əliyevanın işıqlı ömür yolu hər birimiz üçün əsl nümunədir, həyat dərsidir.
Anadan olmasının 100 illiyində bir daha mənəvi kamillik mücəssəməsi olan Zərifə Əliyevanı dərin hörmətlə anır, əziz xatirəsini ehtiramla yad edirik.
Novruzəli ASLANOV,
Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti