Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında külli miqdarda dərman vasitələrinin, mobil telefonların və siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bu barədə  DGK xəbər verir.

Belə ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə soya yükü gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin kabinəsində, yük yerində olan soya yükünün altında qara rəngli sellofan torbalarda 38 ədəd "Iphone 12" markalı mobil telefon, 27 adda - 13 642 konvalyut, 2 432 qutu, 184 flakon, 20 ədəd müxtəlif markalı dərman preparatları, 6 400 ədəd "Marlboro" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

.