Milli Məclisin deputatı Anar Məmmədov rayon ağsaqqalları və ziyalıları, ictimaiyyət nümayəndələri və Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları ilə birgə Goranboy rayonu Qaradağlı kəndində şəhid Əliyev Yadigar Səfixan oğlunun şəhidlik zirvəsinə ucalmasının ikinci ildönümü ilə əlaqədar anım mərasimində iştirak edib. 
Şəhidin xatirəsinə ehsan süfrəsi açılıb, ruhuna dualar oxunub. Anım mərasimində çıxış edən Anar Məmmədov şəhid Yadigar Əliyevin şəhadətə yüksəlməsinin ikinci ildönümündə şəhidimizə Allahdan rəhmət diləyib. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə II Qarabağ zəfər savaşının məhz şəhidlərimizin qanı və canı bahasına uğurla nəticələndiyini, eyni zamanda, 30 ildən sonra qəhrəman ordumuzun torpaqlarımızı düşmən tapdağından azad etdiyini vurğulayıb.
Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. 

 

 

 

.