Goranboy rayonunda müəllim şagirdinin valideynlərini məhkəməyə verib.
"Report"un Qərb bürosunun xəbərinə görə,rayonun Nizami kənd orta məktəbinin idman müəllimi Tehran Əhməd oğlu Tağıyev həmin məktəbin 5-ci sinifşagirdinin nənəsi Tamilə Babayevanı və atası Akif Babayevi məhkəməyə verərək 12 000 manat təzminat tələb edib.
T.Babayeva "Report"un Qərb bürosuna bildirib ki, məktəbdə idman dərsi zamanı şagirdlər futbol oynayarkən qəfildən top onun nəvəsinin ayağında partlayıb: "Sonradan yeni top almaq üçün idman müəllimişagirdlərin hərəsindən 1 manat olmaqla pul yığıb. Lakin mənim nəvəmdən 10 manat gətirməyi tələb edib. Nəvəm də bu pulu verməyə atasının imkanının olmadığını deyib. Tehran müəllim isə nəvəmə yeni alınan topla oynamağı qadağan edib. Bir gün idman dərsində nəvəm öz sinif yoldaşları ilə futbol oynayan zaman müəllim görüb və topu şagirdlərdən alaraq nəvəmi sinif yoldaşlarının yanındanəlayiq sözlərlə təhqir edib. Uşaq evdə müəllimin ona dediklərini danışdıqdan sonra mən uşağın atası ilə birlikdə məktəbə getdim. Tehran müəllimə öz iradımı bildirdim. Dedim: "Utanmırsan!? Axı sən müəllimsən, sənə yaraşar 5-ci sinif şagirdini nəlayiq ifadələrlə söyəsən!?" Tehran müəllim də tez öz mobil telefonunu götürübDaxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək mənim onu təhqir etdiyim barədə məlumat verdi. Məktəbin direktoru müəllimi və məni sakitləşdirib bizi məktəbdən uzağlaşdırdı.Biz də çıxıb evə qayıtdıq".
Oəlavə edib ki, baş verən hadisədən sonra nəvələrini həmin məktəbdən çıxarıb: "Mən hadisədən sonra məktəbdə oxuyan iki nəvəmi oradan çıxarıb Malaqan kənd orta məktəbinə qoydum. Aranın sakitləşdiyini düşünürdük. Bir də gördük ki, Goranboy Rayon Məhkəməsindən bizə bildiriş gəlib. Məlum oldu ki, Tehran müəllim məni və oğlumu məhkəməyə verərək guya onunşəxsiyyətini alçaltdığımıza görə hərəmizdən 5000 manat mənəvi, hərəmizdən1000 manat isə maddi ziyan olmaqla ümumilikdə 12 000 manat bizəqarşı təzminat davası açıb. Əslində, günahkar müəlimin özüdür, mənim nəvəmi söyüb, təhqir edib, sinif yoldaşları arasında onun şəxsiyyətini alçaldıb. Sonra da bizi məhkəməyə verir.Biz bu təzminatı heç bir halda ödəyə bilmərik. Müəllim özü də bilir ki, kasıb ailəyik".
Məsələ ilə bağlı "Report"un Qərb bürosunun müxbiri Tehran Tağıyevlə əlaqə saxlayıb.
T.Tağıyev baş verən hadisə ilə bağlı danışmaq istəmədiyini və hadisəni məxfi saxlamaq istədiyini bildirib:"Məhkəməyə vermişəm, ya da verməmişəm, bunun heç kiməadiyyati yoxdur. Bu mənim işimdi, özüm bilərəm. Bu iş məxfi işdir və məkəmədə baxılacaq". Bunları deyən müəllim telefonunu söndürüb.
Nizami kənd orta məktəbinin direktoru "Report"a bildirib ki, məktəbin həyətində idman müəllimi Tehran Tağıyevlə şagirdin nənəsi Tamilə Babayevanı mübahisə edən zaman görüb: "Onlar mübahisə edə-edə mənim otağıma gəldilər. Mən hər iki tərəfi sakitləşdirməyə çalışdım. Gördüm mənə qulaq asmırlar, məktəbin gözətçisini çağırıb hər iki tərəfi - Tehran müəllimi və şagirdin nənəsini məktəbin həyətindən uzağlaşdırdım".
Qeyd edək ki, iyunun 8-də Goranboy Rayon Məhkəməsində iddia üzrə ilkin baxış iclası keçiriləcək.

