Azərbaycan idmançısı Murad Ağarzayev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında sərbəst hərəkətlərin yekunu üzrə Azərbaycanın 25-ci qızıl medalını qazanıb.
AzNews.az-ın məlumatına görə, gimnastımız M.Ağarzayev 14.400 balla bütün rəqiblərini qabaqlayıb.
Gümüş medala Əlcəzair təmsilçisi Əhməd Anis Mauc (13.350 bal), bürünc medala isə türkiyəli Əhməd Öndər (13.100) layiq görülüb.
.
