Marketdə özlərini çəkib yeyinti məhsullarını yararsız hala salanlar saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov  bildirib ki, bir neçə gün əvvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşanların şəxsiyyəti müəyyən edilib.

Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Rüstəm Orucov və Xəyalə Vəliyeva olduqlarları məlum olub. Onlar polis orqanına gətirilib və həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.

R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşiman olduqlarını bildiriblər.

Bakıda marketdə məhsulları əzdiyi üçün saxlanılan şəxsin general oğlu olduğu məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, polis tərəfindən saxlanılan Rüstəm Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəis müavini, general-mayor Novruzəli Orucovun oğludur.

Qeyd edək ki, R.Orucov bundan əvvəl də başqa cinayət əməllərinə görə həbsdə olub. 

 bildiriblər.

 

.