Azərbaycanın qəhrəman övladlarından biri, hərb tarximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən biri yazan, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun vəfatından 72 il ötür. İkinci Dünya müharibəsində tank qoşunları qvardiyasının general-mayoru olan Həzi Alsanov 1910-cu ildə Lənkəranda anadan olub. Ölkənin, xalqın tarixini şəxsiyyətlər yaradır. Hər bir şəxs mərdliyin, cəsarətin zirvəsinə yüksəldikdə qəhrəmana çevrilir. İkinci Dünya müharibəsində Azərbaycan xalqının igid oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiyasının general-mayoru Həzi Aslanov da qəhrəmanlıq zirvəsinə yüksələnlərdəndir. Qəhrəman 35 illik ömrünün 13 ilini bu evdə keçirib. Qalan 22 ilini isə hərbiyə həsr edib.
Böyük sərkərdə Həzi Aslanov 12 yaşında dörd illik təhsilini başa vurduqdan sonra Zaqafqaziya hərbi hazırlıq məktəbinə daxil olur. Təhsilinin ikinci ilini Tiflis şəhərində davam etdirdikdən sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə hərbi məktəbə göndərilir. Bununla da müdavimlikdən sonra qəhrəmanın əsl hərbi həyatı başlayır. Müharibəni Həzi Aslanov Ternopol vilayətində qarşılayır. Düşmənlə qeyri-bərabər döyüşlərdə üstünlük qazanan, Volqadan başlamış Baltikədək özünü bacarıqlı sərkərdə kimi sübut edən Həzi Aslanov Moskva, Xarkov, Stalinqrad, Rostov, Taqanroq və digər şəhərlər uğrunda gedən döyüşlərdə mühüm qələbələr qazanır.
Azərbaycan xalqının qəhrəman övladı, Böyük Vətən Müharibəsinin əfsanəvi iştirakçılarından biri olan Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu Vətəninin azadlığı uğrunda vuruşan hər bir vətəndaş üçün bir nümunədir. Həzi Aslanov bu gün hər bir azərbaycanlının xüsusən lənkəranlıların qürur mənbəyidir.
.