Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1993-cü il təvəllüdlü A.Musayeva başından bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Dərhal qadının yarası tikilib, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, 32 yaşlı qadına həyat yoldaşı başından bıçaqla xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

.