Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa cəhd edib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan  bildirilib ki, polis əməkdaşları xidməti tabel silahı tətbiq etməklə cəhdin qarşısını alıb.

Məlumata görə, xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

.