Gəncədə həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın əldə etdiyi xəbərə görə, qətli törətməkdə şübhəli bilinən Elşən Quliyev saxlanılaraq istintaqa təhvil edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya məlumatı təsdiq ediblər.

***
Prokurorluq Gəncədə baş verən qətl barədə məlumat yayıb.

Baş Prokurorluqdan verilən məlumata görə, Gəncə şəhəri ərazisində üzərində xəsarətlər olan qadın meyitinin aşkar olunması barədə prokurorluğa məlumat daxil olub.

İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1980-ci il təvəllüdlü Yeganə Hümbətova olması müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
 

.