"Marsel”in müdafiəçisi Patris Evra həmyerlisi Pol Poqba haqqında danışıb.

Qol.az xəbər verir ki, 35 yaşlı oyunçu Poqbanın saç stilinə çox önəm verməyinin onun zərərinə olacağını deyib:

"Mançester Yunayted"in məğlub olduğu oyundan sonra hər şey kənarda qalacaq. Ancaq hamı Pol Poqbanın saçından danışıb, onu tənqid edəcək. Poqba özünü düşünür, öz istədiyi kimi davranır. Devid Bekhem də "Mançester Yunayted"də oynadığı zamanlarda belə tənqidlərə məruz qalmışdı".
P.Evra 24 yaşlı futbolçunun "Yuventus"dan rekor məbləğə İngiltərə klubuna keçməsinə də münasibət bildirib:

"Yuventus" əla klubdur. Orda qalsaydı, onun üçün yaxşı olardı. Poqba mənə qardaş kimidir, onun üçün ən yaxşısını arzulayıram"

Qeyd edək ki, P.Poqba 2016-cı ildən "qırmızı-şeytanlar"ın şərəfini qoruyur.

.