Fransa və ABŞ münasibətlərindəki böhran NATO-nun yeni strateji konsepsiyasına çox təsir edəcək, ancaq Atlantik İttifaqından çıxmağı tələb etməyəcək.

Bunu Fransanın xarici işlər naziri Jan-İves le Drian bəyan edib.

“NATO, respublika prezidentinin xahişi ilə onun konsepsiyasını müzakirə etməyə başlayıb. NATO-nun Madriddə növbəti sammitində yeni Strateji Konsepsiya üzərində işlənəcək. Aydındır ki, baş verənlər onun formasına uyğun olacaq”, - deyə nazir əlavə edib.

.