“İnterfaks” verdiyi məlumata görə, bu barədə RTL kanalının efirində ölkənin xarici işlər naziri Jan-Noel Barro bildirib.

“Bir neçə gündən sonra Nyu-Yorkda baş tutacaq konfransla əlaqədar biz bir sıra ölkələri, eləcə də bütün maraqlı tərəfləri, xüsusilə Fələstin Milli Administrasiyasını, regionun ərəb ölkələrini Fələstin dövlətinin yaradılması və mövcudluğuna bütün maneələri aradan qaldırmaq üçün öhdəliklər götürməyə cəlb etmək əzmindəyik”, - o deyib.

Barro əlavə edib ki, eyni zamanda, HƏMAS hərəkatının tərksilah edilməsi mütləq zərurətdir, əks halda “Qəzza və Fələstin üçün gələcək sülh və sabitlik mümkün olmayacaq".

Aprel ayında Fransa Prezidenti Emmanuel Makron ölkənin bu ilin iyununda Fələstin dövlətini tanıyacağını gözlədiyini bildirmişdi.

Qeyd edək ki, iyunun 17-dən 20-dək BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İsrail-Fələstin münaqişəsinin həllinə dair beynəlxalq konfrans keçiriləcək.

.