Əməkdar artist Firuzə İbadova millət vəkili Astan Şahverdiyevin Rusiyada çalışan azərbaycanlılara "otxod” deməsinə münasibət bildirib.

 

Firuzə İbadova Teleqraf.com-a açıqlamasında Astan Şahverdiyevin fikirlərinə sərt reaksiya göstərib: "Mətbuatda millət vəkili Astan Şahverdiyevin açıqlamasını oxudum. O sözləri Azərbaycan deputatından gözləməzdim. Bu, mənə çox pis təsir etdi, səhərə qədər yata bilmədim. Azərbaycan xalqı "otxod” deyil. Azərbaycan xalqının alimləri, professorları, sadə fəhlələri, musiqişünasları var. Xaricdə yaşayan azərbaycanlılar bizi çox gözəl qarşılayır və çiyinlərinin üstündə gəzdirirlər. Sən bazarda işləyən insana necə "alverçi”, "otxod” deyə bilərsən? Onlar alverçi deyil. Öz zəhməti ilə dolanan və ailəsinə pul göndərən insanlardır. Biz dövlətimizin ətrafında birləşib, həmrəy olmalıyıq”.

 

Əməkdar artist Astan Şahverdiyevin onun torpağını mənimsəməsindən də danışıb: "Mən dəfələrlə Zaur Baxşəliyevin verilişində qonaq oldum, dərdimi dedim. Torpaq sahəmə görə məhkəməyə müraciət etdim. Torpağımı 8 minə satmamışdım, söhbət 30 min dollardan gedir. Onlar mənə 8 min pul verdilər. Sizin kürəkəniniz mənim pulumu ödəmədi, Astan müəllim”.

 

Qeyd edək ki, Firuzə İbadova illər əvvəl torpaq sahəsinin millət vəkili Astan Şahverdiyev tərəfindən mənimsədildiyini açıqlayıb. Xatırladaq ki, millət vəkili Astan Şahverdiyev bir neçə gün öncə Rusiyaya işləməyə gedən azərbaycanlıları "otxod” adlandırıb.


Yenizaman.az

.