Dünyanın bir sıra ölkələri yoxlama matçlarında üz-üzə gəliblər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, günün ilk qarşılaşmasında Yaponiya Suriya ilə üz-üzə gəlib - 1:1.

Ardınca Asiyanın digər nəhəngi - Çin meydana çıxıb. Onlar Filippini darmadağın ediblər - 8:1.

Günün ən maraqlı matçlarından biri isə İtaliya Uruqvay arasında olub. Avropalılar 3:0 hesablı qələbə qazanıb. İspaniya - Kolumbiya dueli də gərgin keçib. Matçda qalib müəyyənləşməyib - 2:2.

Yoxlama oyunları

7 iyun

Yaponiya - Suriya - 1:1

Qollar: Konno, 58 - Mardikian, 48

Çin - Filippin - 8:1

Qollar: Hanq Ren, 3; Xiao Zi, 25; Yu Hançao, 43; Vanq Yanqpo, 54; Yin Honqbo, 57; Zanq Xize, 68; Den Hanven, 71, 90 - Bahadoran, 33

Honq-Konq - İordaniya - 0:0

Finlandiya - Lixtenşteyn - 1:1

Gürcüstan - Sent-Kitts və Nevis - 3:0

İraq - Cənubi Koreya - 0:0

İtaliya - Uruqvay - 3:0

Qollar: Ximenez, 7 (öz qapısına), Eder, 83, De Rossi, 90+1 (pen.)

İspaniya - Kolumbiya - 2:2

Qollar: David Silva, 22, Morata, 87 - Kardona, 39, Falkao, 55
.