Ölkədə mərkəzi bank funksiyasını yerinə yetirən ABŞ Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini gözlənildiyi kimi illik 0-0,25% səviyyəsində saxlayıb.

TASS xəbər verir ki, bu barədə tənzimləyici qurumun yaydığı sənəddə deyilir.

Qərar əksər analitiklərin də proqnozlarına uyğun gəlib.

Qeyd edək ki, tənzimləyici 2020-ci ilin mart ayında plandan kənar faiz dərəcəsini iki dəfə illik 0-0,25% səviyyəsinə endirəndən bəri bu göstəricini artıq onuncu dəfədir ki, dəyişməz olaraq saxlayır. FES faiz dərəcəsini koronavirus pandemiyasının ağır iqtisadi təsirinə cavab olaraq azaltmağa qərar verib.

Qurumda qeyd edilib ki, peyvəndləmə prosesində müşahidə olunan irəliləyiş və güclü siyasi dəstək sayəsində iqtisadi aktivlik və məşğulluq göstəriciləri möhkəmlənməkdə davam edir. Pandemiyadan ən çox əziyyət çəkən sahələrdə də inkişaf müşahidə olunur, lakin tam bərpa qeydə alınmayıb.
 

.