“Mən azərbaycanlı həmkarımı regiondakı vəziyyət, üzləşdiyimiz çətinliklər və işğal barədə məlumatlandırdım, fələstinlilərin hər gün üzləşdiyi təzyiqlər barədə məlumat verdim”.

Bunu Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat qarşısında çıxışı zamanı deyib.

“Azərbaycan XİN başçısı da həmçinin Qarabağ müharibəsinin nəticələri və postmünaqişə dövrü barədə mənə ətraflı məlumat verdi. Azərbaycanın qonşu dövlətlə normallaşma səyləri barədə geniş məlumat aldım.

Biz Azərbaycanla dost ölkəyik, bu dostluğumuz tarixə, mədəniyyətə, dinə dayanır və müxtəlif aspektləri əhatə edir. Liderlərimiz bu əlaqələrin güclənməsində qərarlıdır.

Biz yaxın gələcəkdə əlaqələrimizin daha da irəliləməsi üçün atacağımız addımlar barədə razılığa gəldik. Biz Azərbaycanla sülh, rifah və çiçəklənmə ilə bağlı eyni prinsipləri bölüşürük. Biz gələcəkdə də birbaşa və digər formatlarda dialoqumuz davam edəcək.

Əziz dostum bizə səfərinizə görə təşəkkür edirəm. Azərbaycanın Fələstində Nümayəndəliyinin açılması qərarına görə təşəkkür edirik” – o qeyd edib.

.